ABŞ-ın Əfqanıstandakı itkiləri il ərzində 35 faiz artıb

2018/01/326_1517298227.jpg
Oxunub: 1583     15:45     30 Yanvar 2018    
ABŞ-ın Əfqanıstandakı hərbi itkiəri Amerika hərbi əməliyyatlarının intensivliyinin artması ilə əlaqədar olaraq il ərzində 35 faiz artıb.

Ordu.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Donald Tramp administrasiyasına təqdim olunan hesabatında bildirilir.

Məlumata əsasən, 2016-cı ilin noyabr ayından 2017-ci ilin noyabr ayınadək ABŞ-ın Əfqanıstandakı hərbi itkiləri 141 hərbi qulluqçu təşkil edib. Onlardan 14-ü döyüşlərdə həlak olub, 127-si isə yaralanıb.

Bu göstərici daha öncəki il üçün hesabatla müqayisədə 35 faiz artıb. Əsas səbəb olaraq isə ABŞ-ın hərbi əməliyyatların intensivliyini artırması göstərilir.

Qeyd edək ki, daha öncə ABŞ-ın Əfqanıstana əlavə olaraq 1000 hərbi qulluqçu göndərəcəyi ilə bağlı məlumat yayılıb. Əgər belə olarsa, ABŞ-ın Əfqanıstandakı hərbi kontingenti 15 min nəfərə qədər genişlənəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   ABŞ-ordusu   Əfqanıstan  


Bizi "telegram"da izləyin