“Türkiyəyə qarşı silah embarqosundan danışmaq absurddur” - Yoaşim Herman

2018/01/5907346578934695789346578346579_1517297867.jpg
Oxunub: 3462     15:34     30 Yanvar 2018    
“Türkiyə NATO müttəfiqimizdir. NATO partnyoru Türkiyəyə silah satışını dayandırmaq sadəcə absurddur”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyəyə qarşı silah satışını dayandırmağa çağıranlara etiraz edən Almaniyanın Bavariya torpaqlığının daxili işlər naziri Yoaşim Herman səsləndirib.

Onun sözlərinə görə, təklif olunan embarqo NATO daxilindəki əməkdaşlığı sual altında qoya bilər.

Almaniya kansleri Angela Merkelin Xristian Sosialist İttifaqı partiyasından müttəfiqi olan Herman Anakaranın addımlarını və prosesi yaxından izlədiklərini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO  


Bizi "telegram"da izləyin