Tramp yenidən müdafiə xərclərini artırmaq niyyətindədir

2018/01/324-Tramp_1517297493.jpg
Oxunub: 4065     15:32     30 Yanvar 2018    
Donald Tramp administrasiası 2019-cu il üçün müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

Ordu.az “Washington Post” nəşrinə istinadən xəbər verir ki, Pentaqonun maliyyələşdirilməsinin 716 milyard dollara qədər artırılması planlaşdırılır.

Bu təklif ABŞ müdafiə naziri Ceyms Mettisin Rusiya, Çin və Şimali Koreya kimi ölkələrə qarşı diqqətin artırılmasının zəruriliyi barədə çıxışdan sonra irəli sürülüb. Məhz bu səbəbdən nüvə silahı da daxil olmaqla ABŞ Silahlı Qüvvələrinin modernləşdirilməsi üzrə irimiqyaslı tədbirlərin həyata keçirilməsinə vəsaitlərin ayrılması nəzərdə tutulub.

Gözlənildiyi kimi, bu gün Trampın ABŞ hərbçilərini silahlandırmaq barədə növbəti çıxışı olacaq və məhz yeni büdcə layihəsinin də bu çıxış çərçivəsində səsləndiriləcəyi ehtimal olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Donald-Tramp  


Bizi "telegram"da izləyin