Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri MKİ-nin Şərqi Asiya və Sakit okean Missiya mərkəzinin sabiq rəhbəri Cunq Pak səsləndirib.
“Şimali Koreya qorxub, ya da ən azından Tramp administrasiyasının hərbi hücum təhdidlərini kifayyət qədər ciddi qəbul edib ki, artıq Olimpiadada iştiraka razılıq verib. Ola bilsin ki, böyük bir şey deyil, amma bir irəliləyişdir”, - deyə o bildirib.
O, hər iki Koreyanın da hərbi münaqişə riskindən narahat olduğunu qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az