Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan XİN-in mətbuat mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, Pakistan xarici işlər nazirinin köməkçisi Təhminə Cancuya və Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüşən Uells Pakistanın bölgədə terrorizmə qarşı rolunu qəbul edib və Vaşinqtonun Əfqanıstanda sabitlik yaratmaq üçün İslamabadla birlikdə işləmək istəyini ifadə edib.
Uellsin Pakistanın dəstəyinin ABŞ-ın Əfqansıtan strategiyasında uğur qazanması üçün son dərəcə önəmli olduğunu bildirib.
Əvəzində Cancuya da iki dövlət arasında əlaqələrin qarşılıqlı inam əsasında inkişaf etdirilməli olduğunu qeyd edib və Əfqanıstan torpaqlarının Pakistan düşmənləri tərəfindən istifadə edilməsindən narahatlığını dilə gətirib.
Ağalar Ağalarlı
Ordu.az