Ukrayna BQ rəisi NATO qərargahına səfər edib

2018/01/345345345_1516093905.jpg
Oxunub: 2452     17:10     16 Yanvar 2018    
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Muzenko NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində baş tutacaq görüşdə iştirak etmək məqsədilə Brüsselə səfər edib.

Ordu.az “interfax” agentliyinin Ukrayna bürosuna istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

“Ukrayna nümayəndə heyətinin rəhbəri NATO hərbi komitəsinin görüşündə iştirak edəcək. Ukrayna-NATO qarşılıqlı əlaqələrlə yanaşı NATO-nun Əfqanıstandakı dəstək missiyasında partnyorluq da müzakirə ediləcək”, - deyə məlumatda qeyd olunub.

NATO-nun qərargahında olduğu müddətdə Muzenko alyansa üzv dövlətlərinin hərbi və siyasi rəhbərləri ilə ikili görüşlər keçirəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO  


Bizi "telegram"da izləyin