Ərdoğan: “Türkiyə SQ Əfrib və Manbic mövzularını tez bağlayacaq”

2018/01/142_1516089624.jpg
Oxunub: 3208     16:01     16 Yanvar 2018    
“ABŞ-ın başçılıq etdiyi koalisiyanı hər hansı yeni qoşunların yaradılması zamanı bu barədə məsləhət almağa səsləyirəm, əks təqdirdə Türkiyə ordusu öz ölkəsinin maraqları baxımından fəaliyyət göstərəcək”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Türkiyə Silahlı Qüvvələri Afrin və Manbi problemlərini dəfələrlə daha tez həll edəcəklər. Bizim hazırlıqlarımız yekunlaşıb, əməliyyat istənilən an başlaya bilər”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidentinin fikrincə, 30 min nəfərlik Suriya sərhəddini qoruyan kürddən ibarət ordu “inanclı satqınlar ordusu” adlandırılmalıdır.

Ərdoğan əmindir ki, ilk təhlükə zamanı bu “sərhəd müdafiəçiləri” silahları elə Amerika hərbi qulluqçularına yönəldəcək, bu səbəbdən Türkiyə lideri ABŞ-a ölkəsinin terrorçularla mübarizəsinə mane olmamaq tövsiyəsi verib.

“Əks təqdirdə Türkiyə mümkün nəticələri görə cavabdehlik daşımır”, - deyə Ərdoğan vurğulayıb.

O qeyd edib ki, Türkiyə ordusu əllərini cibinə qoyub nə baş verəcəyini izləmək niyyətində deyil.

“Ankara Vaşinqtona tövsiyə etdi ki, terror təşkilatlarının fəaliyyətinin qarşısını alsın və bir terror qruplaşmasının digərini məhv etməsinə qarşı çıxış etməsin. Əgər Vaşinqton Ankaranı strateji müttəfiq hesab edirsə, Türkiyə ilə birgə terrorizmlə mübarizə aparmalıdır”, - deyə Ərdoğan fikrini yekunlaşdırıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya   ABŞ   Ərdoğan  


Bizi "telegram"da izləyin