Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Dana Uayt bildirib.
Onun sözlərinə görə səfərin məqsədi yüksək səlahiyyətli Çin rəsmiləri ilə əsas məsələlər üzrə danışıqlar aparmaqdır. Mettis ötən il Hindistan, Yaponiya, Cənubi Koreya və Sinqapura səfər edib. Lakin Çinə səfər Trampın yeni strategiyasından sonra ABŞ-Çin hərbi əlaqələrinin əsas prinsiplərini müəyyən etmək baxımından çox önəmlidir.
Uayt qeyd edib ki, səfər zamanı Şimali Koreyanın nüvə silahları və ballistik raket proqramına qarşı Çinin rolu da müzakirə ediləcək.
Ağalar Ağalarlı
Ordu.az