“The Foreign Policy”: KXDR-i sadəcə bombalamaq vaxtı yetişib

2018/01/news_main1499678484324324_1516031436.png
Oxunub: 4258     23:41     15 Yanvar 2018    
KXDR və Cənubi Koreya arasındakı yeni danışıqların nəticəsi demək olar ki, məlumdur: əvvəlki kimi, Seul Pxenyanın davranışını əhəmiyyətli maliyyə axınları ilə qiymətləndirib, BMT Təhlükəsizlik Şurasının iclaslarında sanksiyalar qəbul edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “The Foreign Polic” nəşrində Edvard Luttvak öz məqaləsində bildirib.

Məqalədə qeyd edilir ki, Şimali Koreya rəhbərliyi bir neçə mobil qurğu və nüvə başlıqlı ballistik raketlə öz kursunu davam etdirəcək.

Hər növbəti nüvə sınağı Şimali Koreya problemini bənzər problemin 1981-ci ildə İraq probleminin İsrail tərəfindən həlli və 2007-ci ildə Suriya probleminin həll edildiyi kimi həll etmək lazım üçün gözəl imkan var idi – rejimin nüvə obyektlərinə kütləvi zərbələr endirmək və adi silahlardan istifadəsinə izn verməməklə problemi həll etmək olardı.

Luttvakın fikrincə, KXDR-in nüvə potensialının məhv edilməsi üçün hələ də imkan var. Bunun yeganə yolu isə Şimali Koreyanı bombalamaqdır.

Müəllif qeyd edir ki, KXDR-ə həyata keçirlən hücumdan sonra Şimali Koreya xaosdan çıxacaq, Koreya yarımadası birləşəcək və ABŞ burada demokratik rejimi bərpa edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   Müharibə  


Bizi "telegram"da izləyin