Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Liviya ordusunun mətbuat katibi Əhməd Mismari bildirib.
Katib jurnalistlərə verdiyi mətbuat konfransında əlavə edib ki, bunlara rəğmən şəhərdə bütün hərbi əməliyyatları sona çatdırılıb və terrorizm ölkədə məhv edilib.
“Benqazidəki terrorizmə qarşı aparılan bu əfsanəvi müharibədə 5000-dən çox əsgərimiz həlak oldu, minlərlə hərbçimiz isə yaralandı. Biz bu qəhrəmanlarımızı heç vaxt unutmayacağıq”, - deyə o əlavə edib.
Xatırladaq ki, Liviya ordusu 5 aydan çox davam edən müharibə nəticəsində ötən həftə Benqazidə nəzarəti ələ aldığını bəyan edib.
Ağalar Ağalarlı
Ordu.az