Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri adını açıqlamadığı hərbi-diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, zərbələr nəticəsində Rusiya Aerokosmik Qüvvələrinin ən azı 7 təyyarəsi məhv edilib, eyni zamanda 10 hərbi qulluqçusu yaralanıb.
Son məlumatlara görə isə, Hmeymimdə məhv edilən təyyarələrin adları açıqlanıb. Zərbələr nəticəsində 4 ədəd Su-24 bombardmançısının, 2 ədəd Su-35C qırıcısının, bir ədəd An-72 nəqliyyat təyyarəsinin, o cümlədən döyüş sursatları anbarının məhv edildiyi bildirilir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu məlumata şərh verməsə də, dekabrın 31-də Mi-24 helikopterini idarə edən 2 pilotun öldüyünü təsdiq edib.
Ağalar Ağalarlı
Ordu.az