Ordu.az Fransanın AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bəyan edib.
“İrana təsiri gücləndirmək zəruridir, lakin bununla belə onlarla danışıqları dayandırmaq düzgün olmaz. Hazırda İrana münasibətdə əvvəlki “qəzəb mehvəri” yaratmaq cəhdləri həyata keçirilir. ABŞ, İsrail və Səudiyyə Ərəbistanının etdiyi açıqlamaların mahiyyəti tamamilə aydındır”, - deyə Makron bildirib.
Onun sözlərinə görə, qeyd edilən ölkələr bir çox sahələrdə Fransanın müttəfiqləri olsa da, İrana qarşı bu münasibət müharibəyə səbəb ola bilər.
“Belə olan təqdirdə biz məqsədli strategiya yürüdəcəyik. Bu səbəbdən tarazlığı qoruyaraq ölkədə yaranan vəziyyətə uyğun şəkildə mövqeyimizi qorumağımız çox vacibdir”, - deyə Fransa lideri vurğulayıb.
Ağalar Qəribov
Ordu.az