“Mənim nüvə düyməm Kim Çen Indakından daha böyükdür” - Tramp

2018/01/920x124034234_1514974395.jpg
Oxunub: 2232     18:04     03 Yanvar 2018    
“Mənim masamda da nüvə düyməsi var və o daha böyükdür, həm də işləyir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində məlumat yerləşdirib.

ABŞ lideri bu sözləri Kim Çen Inın öz masası üzərində daimə nüvə düyməsinin olması barədə bəyanatına cavab olaraq bildirib.

“Şimali Koreya lideri Kim Çen In bu yaxınlarda bəyan edib ki, nüvə düyməsi daimə onun masası üzərindədir. Bəlkə, onun tükənmiş və ac rejimində kimsə ona başa salsın ki, mənim də masamda nüvə düyməsi var və o daha böyük, daha güclüdür, həm də mənim düyməm işləyir”, - deyə Tramp bəyan edib.

Qeyd edək ki, Yeni İl təbriki zamanı xalqa müraciətində Kim Çen In nüvə düyməsinin daimə onun masasının üzərində olduğunu və ABŞ-ın KXDR-ə qarşı müharibəyə başlaya bilməyəcəyini bildirib. O həmçinin vurğulayıb ki, ABŞ-ın bütün ərazisi KXDR raketlərinin zərbə radiusunda yerləşir.




Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   Nüvə-düyməsi  


Bizi "telegram"da izləyin