Trampdan çağırış: Fələstinə maliyyə yardımlarını dayandırın

2018/01/46265054324_1514971197.jpg
Oxunub: 1791     17:17     03 Yanvar 2018    
ABŞ prezidenti Donald Tramp Fələstinə göstərilən maliyyə yardımını sonlandırmağı təklif edib.

Ordu.az xarici KİV-lərə istindən xəbər verir ki, Tramp bu barədə öz “Twitter” hesabında məlumat yerləşdirilib.

“Biz tək Pakistana deyil, digər dövlətlərə də milyardlarla dollar ödəyirik. Məsələn, biz fələstinlilərə hər il yüz milyonlarla dollar vəsait ödəyirik, lakin onlar bizə hörmət göstərmirlər. Onlar hətta İsraillə sülhün əldə olunmasına dair danışıqlar da aparmaq istəmirlər”, - deyə ABŞ prezidenti bəyan edib.

Tramp bildirib ki, Qüds məsələsi nə qədər önəmli olsa belə, ABŞ onu öz gündəliyindən çıxarıb.

“Lakin Fələstin yenə də sülh danışıqları aparmaqdan imtina edir, elə isə biz niyə onlara bu qədər pul ödəməyə davam etməliyik?”, - deyə ABŞ lideri vurğulayıb.




Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Fələstin  


Bizi "telegram"da izləyin