Kim Çen Indən yeni göstəriş: "Ən nəhəng raket hazırlansın"

2018/01/0232323_1514887877.jpeg
Oxunub: 1950     20:42     02 Yanvar 2018    
Şimali Koreyadan qaçan əsgər iddia edir ki, Kim Çen In respublikanın qurulmasının 70-ci ildönümü münasibətilə ölkənin mühəndislərinə ən böyük raketi hazırlamaq göstərişi verib.

Ordu.az “Telegraph”-a istinadən xəbər verir ki, əsgərin iddiasına görə yeni raket respublikanın quruluş günü 9 sentyabr 2018-ci ilə qədər hazır olacaq.

O bildirib ki, “Unha-3”ün daha böyük versiyası olacaq bu raket “Unha-4” adlandırılacaq. Qeyd edək ki, Şimali Koreya “Unha-3”ün orbitə peyk çıxarılması üçün hazırlandığını bildirir.

KXDR-dən qaçan əsgər iddia edir ki, “Unha-4”ün gövdəsi demək olar ki, hazırdır. Lakin mühəndislər onun atışa hazır vəziyyətə gətirilməsi üçün daha 6 ay müddət istəyiblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Unha-4  


Bizi "telegram"da izləyin