Bəşər Əsəd yeni müdafiə naziri təyin etdi

2018/01/article-2178883-142A4BE7000005DC-458_638x43423423_1514887285.jpg
Oxunub: 2270     18:27     02 Yanvar 2018    
Suriya prezidenti Bəşər Əsəd general Əli Əbdullah Əyubu müdafiə naziri, Məhəmməd Mazən Əli Yusifi sənaye naziri, İmad Abdullah Saranı isə informasiya naziri təyin edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya dövlət informasiya agentliyi “SANA” məlumat yayıb.

Yeni müdafiə naziri 1986-cı ildə Moskvada yerləşən Frunze Hərbi Akademiyasında zabitlik kursu bitirib. Bu təyinata qədər isə Suriya Baş Qərargah rəisi kimi çalışıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   MN  


Bizi "telegram"da izləyin