Kim Çen In: “KXDR nüvə proqramına davam edəcək”

2018/01/novostimira_net_id10117_650x410_11_650x410123123_1514798056.jpg
Oxunub: 2693     19:11     01 Yanvar 2018    
“Şimali Koreya nüvə başlıqlarının və raketlərin kütləvi istehsalına davam edəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri yeni il günü xalqa səslənən KXDR rəhbəri Kim Çen In bildirib.

Son aylarda bir çox raket testinə və sentyabr ayında altıncı və ən güclü nüvə sınağına başçılıq edən Kim bildirib ki, hər zaman onun masasında nüvə silahının başlatma düyməsi olur.

İl sonu ilə əlaqədar xalqa səslənən Kim, öz ölkəsinin nüvə başlıqları və ballistik raketlərin kütləvi istehsalının davam etdirilməsi olduğunu söyləyib.

Sonda o, bir daha KXDR-in nüvə dövləti olma məqsədinə nail olduğunu xatırladaraq, bütün bu inkişaf proqramlarının sadəcə müdafiə xarakterli olduğunu əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Nüvə-proqramı  


Bizi "telegram"da izləyin