Ordu.az “foxnews”a istinadən xəbər verir ki, ABŞ və digər qərb kəşfiyyat orqanlarının əldə etdiyi məlumatlara görə, həm Çin, həm də Rusiya Şimali Koreyaya neft və neft məhsulları satmaqda davam edir.
BMT TŞ-nin sanksiyalarının pozulması mənasına gələn bu addımlar KXDR rejiminin güclənməsinə gətirib çıxarır.
Hazırda qüvvədə olan sanksiyalar KXDR-ə neft satışını qadağan edir. Lakin ABŞ-ın açıq şəkildə Rusiya və Çini qınaması heç bir şeyi dəyimir. Hətta bununla əlaqədar BMT-yə konkret faktlar təqdim olunsa da işləksiz olan qurum bununla bağlı heç bir şey edə bilmir.
Əslində Rusiya və Çin hökumətlərinin birbaşa KXDR-ə qanunsuz neft satdığını göstərən bir şey yoxdur. Lakin dünyanın iki qlobal gücünün öz ölkəsindən milyonlarla dollar dəyərində neftin qanunsuz şəkildə KXDR-ə satılmasından xəbərsiz qalmaları da inanılmazdır.
Buna görə də bu hökumətlərin qanunsuz neft satışına cinayət ortağı olmaları ehtimalı daha yaxındır. Uzun müddətdir ki, Kim Çen Inın dəyişməz dəstəkçisi olan bu ölkələr sadəcə bu iddiaları inkar etməklə məşğuldurlar.
Bəs Ağ Ev bunun qarşısını almaq üçün nə edə bilər? BMT-nin sanksiyalarına və beynəlxalq qınağa rəğmən KXDR-ə neft və pul axını davam edir. Eyni zamanda Kim Çen In da ABŞ və Sakit okean zonasındakı müttəfiqlərinə çatmaq imkanına malik silahlar istehsal etməyə davam edir. ABŞ-ın buna qarşı iki seçimi var ki, ikisi də bir-birindən pisdir. Birincisi artıq proqramının son mərhələsində olan Pxenyana birbaşa hərbi müdaxilədir. İkincisi isə nüvə gücü olan bir despotik rejimlə birlikdə yaşamağa davam etmək.
Lakin üçüncü aralıq seçimi də var. Şimali Koreyanı dəniz blokadasına almaq. Şimali Koreyaya gələn hər bir gəmi saxlanıb araşdırılsa və qanusuz bir şey tapıldığı halda məhv edilərsə, Pxenyana neft və digər həyati məhsulların çatdırılması mümkünsüz olar.
Ağalar Ağalarlı
Ordu.az