Ordu.az “Pakistan Today”ə istinadən xəbər verir ki, bu barədə cümə günü Tramp administrasiyası bəyanat yayıb.
“Birləşmiş Ştatlar hal-hazırda gələn il üçün Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Pakistana 255 milyon dollar verməyi planlaşdırmır”, - deyə məlumatda deyilir.
“Prezident dəqiq bildirib ki, Birləşmiş Ştatlar Pakistandan terrorçulara qarşı sərt tədbirlər görməyini istəyir. Hökumət Pakistanla əməkdaşlığı yenidən gözdən keçirəcək”, - deyə əlavə edilib
Ağalar Ağalarlı
Ordu.az