Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyi və Ermənistan höküməti nəzdindəki mülki aviasiya baş idarəsi administrasiyası tərəfindən birgə hazırlanan layihə əsasında “Arzni” aerodromunu ümumi təyinatlı aviasiya ehtiyacları üçün istifadə etmək imkanı yaradılır.
Məlumata görə, Ermənistan ordusunun aviasiya idarəsi və Ermənistan höküməti nəzdindəki mülki aviasiya baş idarəsi administrasiyası tərəfindən birgə keçirilən müzakirələr nəticəsində aerodromun birgə istismarı məqsədəuygun hesab edilib.
Alpər Mövludoğlu
Ordu.az