Ukrayna MN: Ölkədə döyüş sursatları istehsalı üzrə zavod tikiləcək

2017/12/34234234_1514355970.jpg
Oxunub: 377     14:24     27 Dekabr 2017    
“Ukraynada döyüş sursatları üzrə yeni zavod tikiləcək və bunun üçün artıq vəsait də ayrılıb”.

Ordu.az Bigmir.net saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Stepan Poltorak bəyan edib.

“Bir neçə ay öncə ölkədə döyüş sursatlarının, hər şeydə öncə, defisit olanların istehsalı üzrə zavodun tikintisinə başlamaq üçün 1,4 milyard qriven (84 milyon manat və ya 50 milyon dollar – red.) vəsait ayrılması barədə qərar qəbul etdik”, - deyə Poltorak bildirib.

Ukraynalı nazir qeyd edib ki, zavod defisitdə olan könə döyüş sursatlarının istehsalı ilə məşğul olacaq, lakin yeni silahlar alındıqda, həmin silahlara uyğun döyüş sursatları da istehsal olunacaq.

“2018-ci ildə zavodun tikintisinə başlamağı planlaşdırırıq. Qeyd edim ki, 1,4 milyard qriven bütün vəsait deyil. Biz bu prosesin mərhələli şəkildə aparıldığını dərk edirik. Lakin nəhayətdə, bu zavod Ukrayna Silahlı Qüvvələrini davamlı olaraq döyüş sursatlarıyla təmin edəcək”, - deyə Poltorak vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Zavod  


Bizi "telegram"da izləyin