Ordu.az son 24 saat ərzində Suriyada baş verən ən önəmli hadisələrin qısa icmalını təqdim edir.
Suriya ordusu və müttəfiq qüvvələr: Dəməşqdə “Həyat Təhrir əş-Şam”la qarşıdurma yaşanıb, Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Hələb, İdlib və Həma vilayətlərini “Ən-Nüsra Cəbhəsi” terrorçularından təmizləməyə davam edir, Deyr əz-Zorda terrorçuların hücumunun qarşısını alıb.
Rusiya Aerokosmik Qüvvələri: Hələb, İdlib və Həmada “Ən-Nüsra Cəbhəsi” terrorçularının mövqelərinə zərbələr endirirlər.
İŞİD: Həmada bir üzvü məhv edilib.
“Həyat Təhrir əş-Şam”: Dəməşqdə Suriya ordusu ilə sülh danışıqlarından imtina edib, Hələbdə mövqelərini möhkəmləndirir.
PYD: Deyr əz-Zorda Suriya Quru Qoşunlarını İŞİD-i dəstəkləməkdə təqsirləndirib.
Dəməşq vilayəti: vilayətin cənub-qərb hissəsində yerləşən Mühr əl-Mir yaşayış məntəqəsi ərazisində Suriya Quru Qoşunları və “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmaları arasında şiddətli qarşıdurmalar davam edir.
“Facebook” sosial şəbəkəsində @DCRNNEWS adlı mənbənin yaydığı məlumata görə, Əsəd ordusu ilə terrorçular arasında Beyt Cin şəhəri yaxınlığında da döyüşlər baş verib.
“Al Masdar” agentliyi bildirir ki, Suriya ordusu “Ən-Nüsra Cəbhəsi” terrorçularına sülh müqaviləsi təklif etsə də, terrorçular bu təklifdən imtina ediblər.
Hələb vilayəti: Rusiya Aerokosmik Qüvvələri vilayətin qərbində yerləşən əl-Hos dağları ərazisində “Ən-Nüsra Cəbhəsi” terrorçularının yerləşdiyi ərazilərə zərbələr endiriblər.
“Telegram” sosial şəbəkəsində @NRVR11 adlı istifadəçinin verdiyi məlumata görə, Rusiya təyyarələri Suriya Quru Qoşunlarının Əbu Huhur aviabazası istiqamətindəki hücumunu havadan dəstəkləyir.
Regiondakı mövqelərini itirən “Həyat Təhrir əş-Şam” koalisiyasının terrorçuları ikinci müdafiə xəttini möhkəmləndirirlər. Qonşu İdlib vilayətindən 300 terrorçu kömək üçün “Həyat Təhrir əş-Şam”a yardıma gəlib.
Deyr əz-Zor vilayəti: vilayətin cənub-şərq hissəsində dağıdılmış müxtəlif terror qruplaşmaları Suriya ordusunun mövqelərini atəşə tutmağa cəhd ediblər.
“Twitter” sosial şəbəkəsində @Deirfree adlı istifadəçinin yazdığı məlumata görə, Məyadin rayonu ərazisində Suriya ordusunun mövqelərinə “cihad-mobil”lərlə hücum həyata keçirilib, lakin bildirilir ki, heç bir itki və dağıntı olmayıb.
PYD terrorçuları Suriya Quru Qoşunlarının PYD mövqelərini atəşə tutmaları, o cümlədən onların İŞİD terrorçuları ilə əlaqələri barədə məlumat yayıblar. Bu məlumat “Rojeva Kurdistan” agentliyində yerləşdirilib.
İdlib vilayəti: Rusiya aviasiyası strateji əhəmiyyətli Əbu Dali şəhəri ətrafında “Həyat Təhrir əş-Şam” terrorçularının mövqelərinə kütləvi aviazərbələr endirib.
“Al Masdar” agentliyinin məlumatına görə, İdlib vilayətinin qərbində Suriya ordusu ilə “Ən-Nüsra Cəbhəsi” terrorçuları arasında şiddətli döyüşlər davam edir.
Həma vilayəti: Rusiya Aerokosmik Qüvvələri “Ən-Nüsra Cəbhəsi” terrorçularının Cərzaniyə, Üm Zəhmək və Əl-Lataminakı mövqelərinə zərbələr endiriblər.
“Telegram” kanalında @NRVR11 adlı istifadəçi Rusiya aviasiyasının həmçinin Kəsr ibn Vardan vilayətində də terrorçulara zərbə endirmələri barədə məlumat yayıb.
Rəhacan şəhərinin yaxınlığında Suriya ordusunun əsgərləri məhv edilən İŞİD terrorçusunun cəsədini aşkarlayıblar. “Twitter” sosial şəbəkəsində @IvanSidorenko1 adlı mənbə yazır ki, məhv edilən terrorçu Özbəkistan vətəndaşı olub.
Ağalar Qəribov
Ordu.az