Rusiya MN: ABŞ İŞİD mövqelərinə endirilən zərbələrə əngəl olur

2017/12/xerite_proqnoz_xeberereür_1512848563.jpg
Oxunub: 465     02:36     10 Dekabr 2017    
"ABŞ-ın rəhbərlik etdiyi koalisiya son zamanlar Suriyanın cənubunda İŞİD terror təşkilatının mövqelərini hədəf alan Rusiya döyüş təyyarələrinə əngəl olur".

Ordu.az “Sana” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyan edib.

Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri general-mayor İqor Konaşenkov bildirib ki, Suriyadakı ABŞ və Rusiya təyyarələrinin Fərat çayı yaxınlığında üzləşdiyi uğursuzluqların əksəriyyəti Vaşinqtonun İŞİD-in məğlubiyyətini ləngitmə cəhdlərindən qaynaqlanır.

"Noyabrın 23-də ABŞ F-22 qırıcısı Fərat çayının qərb sahili üzərində uçan iki rus SU-25-nə İŞİD-in əl-Məyadin şəhəri yaxınlığındakı sığınacağını məhv etməyə imkan vermədi. F-22 istilik fənərlərini işə salıb davamlı manevrlər etməklə hava döyüşünü təqlid etdi",- deyə Koşnikev əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Suriya   İŞİD  


Bizi "telegram"da izləyin