Ordu.az “defencetalk” saytına istinadən xəbər verir ki, yerli vaxtla səhər 10:32-də (Bakı vaxtı ilə 22:32) “Paine Field” aerodromundan səmaya qalxan təyyarə təxminən 3,5 saat havada qaldıqdan sonra yerə enib.
Uçuş zamanı pilot təyyarəni 39 min fut yüksəyə qaldıraraq mühərrik testi, uçuş nəzarəti və ekoloji sisteminin yoxlanışını həyata keçirib.
Ən yeni hava tankeri KC-46 proqramının bu günə qədər sınağı keçirilən 7-ci təyyarəsidir. Digər təyyarələr yoxlama və sertifikatlaşdırma üçün istifadə edilib və bu vaxta qədər 2200 saat havada olub. Bunlar F-16, F/A-18, AV-8B, C-17, A-10 və KC-10 modelləridir.
Ağalar Ağalarlı
Ordu.az