BMT baş katibinin müavini KXDR XİN rəhbəri ilə görüşüb

2017/12/234234234_1512624762.jpg
Oxunub: 450     13:30     07 Dekabr 2017    
BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman bu gün Pxenyanda KXDR xarici işlər naziri Li Yon Xo ilə görüşüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, görüşdə Şimali Koreyanın raket-nüvə proqramına son qoyulması müzakirə edilib.

BMT baş katibinin müavininin KXDR-ə səfəri Pxenyanla Vaşinqton arasında mövcud olan iti konfrontasiya fonunda gerçəkləşir.

Qeyd edək ki, Feltman KXDR-ə siyasi dialoq üçün dəvət edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   BMT  


Bizi "telegram"da izləyin