Suriya ordusu Dəməşq ətrafında “Nüsra Cəbhəsi”nə zərbələr endirib

2017/12/76585686587_1512564962.jpg
Oxunub: 354     20:53     06 Dekabr 2017    
“Dəməşq ətrafında Suriya ordusu “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının mövqelərinə zərbələr endirib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Onun sözlərinə görə, Suriya hərbçiləri Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Dəməşq ətrafında “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının mövqelərinə zərbələr endirib.

Həmçinin terrorçular arasında döyüşlərin davam etdiyi bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəməşq   SQQ   Terror  


Bizi "telegram"da izləyin