Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat yayıb.
“Dekabrın 15-də Dehlidə Rusiya, Hindistan və Çin xarici işlər nazirlərinin görüşü baş tutacaq. Görüş çərçivəsində regionda və dünyada, o cümlədən Əfqanıstan, Yaxın Şərq və Koreya yarımadasında mövcud olan situasiya barədə fikir mübadiləsi aparılması planlaşdırılır”, - deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, terrorizmlə mübarizə, narkotiklərin qeyri-qanuni dövriyyəsi və beynəlxalq məlumat təhlükəsizliyinin təmin edilməsi məsələlərinə xüsusi diqqət göstəriləcək.
Ağalar Qəribov
Ordu.az