Cənubi Koreya lideri Çin səfərində KXDR-i müzakirə edəcək

2017/12/moon-jae-in-75945345_1512555788.jpg
Oxunub: 418     18:21     06 Dekabr 2017    
Cənubi Koreya prezidenti Mun Çje İn dekabrın 13-16-sı aralığında baş tutacaq Çin səfəri zamanı əsasən, KXDR-in nüvə probleminin sülh yolu ilə həllini müzakirə etmək niyyətindədir.

Ordu.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezident administrasiyası məlumat yayıb.

“İkitərəfli əlaqələrlə yanaşı Mun Çje İn və Çin lideri Si Tsinpin Şimali Koreyanın nüvə problemi üzrə əməkdaşlığı və Koreya yarımadasında sülhün möhkəmləndirilməsini müzakirə edəcəklər”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu, Mun Çje İnin prezident seçildikdən sonra Çinə ilk səfəridir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Nüvə  


Bizi "telegram"da izləyin