“Washington Post”: Pentaqon Nigerdə ABŞ qoşunlarının sayını artırmağa çalışır

2017/12/151205-F-CX842-027345345_1512204912.jpg
Oxunub: 419     16:53     02 Dekabr 2017    
Pentaqon Niamey yaxınlığında pilotsuz uçuşlar həyata keçirmək üçün Niger hökumətindən razılıq əldə edib.

Ordu.az saytı “Washington Post” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi bildirib.

Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin texnologiya və milli təhlükəsizlik proqramının müdiri Pol Şerre bildirib ki, Nigerdə “Hellfire” raketləri kimi silahların daşınması, yoxlanılması, yüklənməsi və saxlanması üzrə ixtisaslaşmıs kadrlar tələb olunur.

O, həmçinin, pilotlara və aviasiya heyətinə ehtiyacın mümkünlüyündən də danışıb. Hal-hazırda Nigerdə 800 nəfərlik ABŞ presonalı xidmət göstərir.

ABŞ-ın Nigerdə kifayət qədər yaxın hava dəstəyi təmin edə bilmə qabiliyyəti oktyabrın 4-də 4 ABŞ əsgərinin öldürülməsindən sonra sorğulanmağa başlanıb. 50-yə yaxın silahlı ilə baş verən döyüşdə bir ABŞ Pilotsuz Uçuş Aparatı (PUA) da havadan müşahidə aparırdı.

Şerre deyib ki, PUA-lar gələcəkdə xüsusi əməliyyat qoşunlarının kiçik dəstələrlə həyata keçirəcəkləri əməliyyatlarda daha çox dəstək verə biləcəklər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Niger  


Bizi "telegram"da izləyin