Estoniyada NATO-nun irimiqyaslı təlimləri yekunlaşır

2017/12/kiber456456456_1512135419.jpg
Oxunub: 394     21:36     01 Dekabr 2017    
Bu gün Estoniyanın Tartu şəhərində keçirilən Rusiyanın kiberhücumlarının qarşısının alınmasına dair NATO-nun irimiqyaslı əməliyyatı yekunlaşacaq.

Ordu.az Echo.msk.ru saytına istinadən xəbər verir ki, bu barədə Estoniya KİV-ləri məlumat yayıb.

Təlimlərdə 700-dən çox insan iştirak edir. Buraya NATO-nun 25 üzv dövlətində informasiya texnologiyaları üzrə ekspert və hökumət məmurları, həmçinin alyansın Avropa İttiaqı ölkələrindən olan müttəfiqləri daxildir.

100 nəfərə yaxın ekspert isə Estoniyanın özündən qoşulub.

Təlimlərin əsas məqsədi NATO-ya daxil olan bütün ölkələrin kiber hücumlara qarşı reaksiyasının təmin olunmasıdır.

Ekspertlərin fikrincə, belə hücumlar ən çox Rusiya tərəfindən edilə bilər.

Xatırladaq ki, NATO-nun kiber təhlükəsizlik üzrə ilk təlimləri təxminən 10 il bundan öncə Belçikada keçirilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Estoniya  


Bizi "telegram"da izləyin