Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyası "Ermənistan Respublikası höküməti və Rusiya Federasiyası höküməti arasında "Ermənistan Respublikasının dövlət ixrac kreditinin verilməsi haqqında" sazişin təstiqi edilməsi haqqında" layihəni təsdiqləyib.
Müqaviləyə əsasən, Ermənistana ayrılması nəzərdə tutulan 100 milyon dollarlıq hərbi kredit 15 il müddətinə illik 3 faizlə veriləcək. Bundan başqa, Ermənistanla bağlanan müqavilələrin dəyərinin 10 faizini avans ödəmə şəklində birgə maliyyələşdirmə məsələsi nəzərdə tutulub.
Xatırladaq ki, 2015-ci ilin iyunun 26-da Ermənistan və Rusiya Federasiyası arasında silah tədarükü ilə bağlı 200 milyon dollarlıq kredit müqaviləsi imzalanıb.
Alpər Mövludoğlu
Ordu.az