Ermənistanın təhlükəsizlik strategiyası cəmi bir il sonra, bölgəni radikal şəkildə dəyişən 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən və Rusiya ilə Ermənistanı birləşdirən yeganə quru yoluna təhlükə artdıqdan sonra öz əhəmiyyətini itirdi. Ermənistanla birbaşa əlaqəli olan digər bir hadisə 4 günlük aprel döyüşləri oldu. Faktiki olaraq, 2007-ci ildə geniş miqyaslı müharibə ehtimalı düzgün proqnozlaşdırıla bilməzdi.
Qlobal mənada, Ermənistanda 2007-ci ildə qəbul edilmiş sənədin öz aktuallığını itirməsinə səbəb Sarkisyanın kriminal hakim rejiminin hələ də qalması, regionun isə getdikcə dəyişməsidir. Gürcüstan Avropa İttifaqı ilə asosiyalaşmış ölkəyə çevrilib. Keçən illər ərzində, Türkiyə Yaxın Şərqdəki liderlik rolunu yüksəldib, İran isə beynəlxalq təcridə qalib gəlib.
2007-ci ildə Ermənistanda sözügedən sənəd qəbul edilərkən rəsmi İrəvan Avrasiya İqtisadi Birliyinin üzvü olmasa da, Avropaya inteqrasiya səviyyəsi də yox idi.
Araşdırmalara görə, Robert Koçaryanın hakimiyyəti dövründə, sənəddə diasporun potensialı şişirdilib və bu Ermənistanın təhlükəsizliyinə aid strategiyada öz əksini tapıb. Hazırda, Ermənistan Yaxın Şərqdə gizli erməni kolonyalarında institusional məhv olma prosesinin getməsini etiraf edir və bu prosesi yeni doktrina tərkibinə daxil etməyi düşünür.
Qeyd edək ki, son on il ərzində Ermənistan hökuməti radikal şəkildə dəyişib. Xüsusilə institusional baxımdan, Ermənistan üçün yeni risklər meydana gəlib. Son zamanlar Serj Sarkisyan "strateji" proqramlardan danışmağı sevir, onlardan biri də Ermənistanın 4 milyonluq olma "perspektivlərinə" aiddir. Səsləndirilən bəyanatlar, o cümlədən ümumilikdə Ermənistan təhlükəsizlik konsepsiyası da Sarkisyanın sadəcə kabinet səviyyəli səciyyəli düşüncələrinin məhsuludur.
Alpər Mövludoğlu
Ordu.az