Ermənistan ordusunda əsgər xidmət yoldaşını güllələdi - DETALLAR

2017/12/zinvor-13234234_1512120733.jpg
Oxunub: 579     17:18     01 Dekabr 2017    
Ermənistan ordusunun hərbi qulluqçusu avtomatın darağını əsgər yoldaşının üzərinə boşaldıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunun hərbi qulluqçusu əsgər Razmik Xudaverdyana hərbi hissənin özbaşına tərk edilməsinə yardım etmədə günahlandırılaraq 9 il 9 ay müddətinə azadlıqdan mərhum edilib.

Hərbi hissənin digər hərbi qulluqçusu əsgər Narek Xaçatryan isə hərbi hissəni özbaşına tərketmədə təqsirli bilinərək 2 il sınaq müddəti olmaqla 3 ay azadlıqdan şərti olaraq mərhum edilib.

Məhkəmə 2016-cı ilin 7 oktyabr tarixindən Razmik Xudaverdyan, Vahaqn Virabyan və digər hərbi qulluqçuların döyüş mövqeyində döyüş növbətçilik apardıqlarını və növbətçilik qrafikinə uyğun eyni növbədə olduqlarını təsdiq edib. Növbətçiliyin 3-cü günü Vahaqn Virabyan təyin olunmuş qaydalara uygun növbətçiliyi təşkil etməyib, növbə zamanı yatıb, buna görə də Xudaverdyan dəfələrlə xəbərdarlıq edib.

15 oktyabr 2016-cı il tarixdə saat 00:00-dan 03:00-dək Virabyan yenə də postda yatıb. Xudaverdyan bu barədə post başçısına məruzə edərək, onu bir başqa əsgərlə əvəz etməyi xahiş edib. Ancaq Xydaverdyanın xahişi yerinə yetirilməyib, post başçısı və köməkçisi əsgər Virabyanla söhbət edib, o yatmayacağına dair söz verib.

15 oktyabr 2016-cı il tarixdə saat 08:00 radələrində Xudaverdyan və Virabyan eyni vaxtda növbətçiliyə çıxıblar. Bu zaman Virabyan gecə yatması barədə Xudaverdyanın məruzə etməsini “yaxşı oğlan” davranışına sığmadığını və hərbi hissəyə qayıtdıqda ona qarşı tədbir görəcəyini bildirib. Xudaverdyan cavabında, ona qarşı heç kim belə davrana bilməz deyə iradını bildirib.

Bundan sonra Vahaqn Virabyan Xudaverdyana qarşı təhqiredici ifadələr söyləyib. Nəticədə, Xudaverdyan ona təhkim edilmiş “AK-74” silahından avtomatik rejimdə Vahaqyana atəş açaraq onu öldürüb. Daha sonra döyüş mövqeyinin dayaq məntəqəsinə (qazmasına) gəlib. Xudaverdyan digər hərbi qulluqçuların “nə olub?” sualına, “Üzbəüz söyüş söyür, bəs vurmayaydım, Vahaqn müqəddəslərimə söyüş söyüb, avtomatın darağını onun üzərinə boşaltmışam. Kim olsaydı, eyni şeyi edərdi, qoy tutsunlar, mən söyüş altında qalmaram”- deyə cavab verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Güllələmə  


Bizi "telegram"da izləyin