Türkiyəli general Azərbaycanın HHQ-nin aviabazalarını ziyarət edib

2017/12/32a31690845eeae817b8d6fa0e5e2fb9_1512112358.jpg
Oxunub: 482     15:11     01 Dekabr 2017    
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın və Türkiyənin Hərbi Hava qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


Türkiyə nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazalarını da ziyarət edib. Qonaqlara aviabazaların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Türkiyə   HHQ  


Bizi "telegram"da izləyin