Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauret jurnalistlər üçün birifinq zamanı bəyan edib.
“Biz Ukraynaya silah verməmişik, lakin gələcəkdə də bu cür halların baş verəcəyini istisna edə bilmərik. Bu barədə daha heç nə deyə bilmirəm. Maliyyə yardımına gəlincə isə bu sualı Müdafiə Nazirliyinə ünvanlayın”, - deyə Nauret bildirib.
Xatırladaq ki, daha öncə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri Viktor Mujenko ABŞ-la təchiz ediləcək silah və texnikanın siyahısını razılaşdırdıqlarını qeyd edib.
Ağalar Qəribov
Ordu.az