Məmmədyarov dekabrın 6-da Vyanada Nalbandyanla görüşəcək

2017/11/45FAB900-FA11-4670-828E-09D03B4049E5_cx39_cy23_cw61_mw1024_mh1024_s_1498810129_1512033264234_1512035719.jpg
Oxunub: 450     17:54     30 Noyabr 2017    
"Dekabrın 6-da həm həmsədrlərlə, həm də Errmənistan xarici işlər naziri ilə görüşəcəyəm".

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir bildirib ki, Azərbaycan bu görüşə razılıq verib.

"Biz həmişə deyirik ki, məntiqli və substantiv danışıqlar olmalıdır. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlər yəqin bu istiqamətdə danışıqları davam etdirəcək", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   XİN   Qarabağ  


Bizi "telegram"da izləyin