"Münaqişələr sabitlik və təhlükəsizliyə təhdiddir" - Məmmədyarov

2017/11/4324234_1512031981.jpg
Oxunub: 466     16:53     30 Noyabr 2017    
"Regionda olan münaqişələri müzakirə etdik və bildirdik ki, bunlar sabitlik və təhlükəsizliyə təhdiddir".

Ordu.az xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov pakistanlı və türkiyəli həmkarları ilə keçirilən görüşdən sonra bildirib.

"Hər iki ölkə ilə strateji tərəfdaşıq. Müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etdik. Siyasi baxımdan ölkələrimiz eyni mövqedədir. Regionda olan münaqişələri müzakirə etdik və bildirdik ki, bunlar sabitlik və təhlükəsizliyə təhdiddir. Hərbi, terrorizmə qarşı mübarizə sahələrində müzakirə apardıq. Müdafiə sahəsində əməkdaşlığımız çox intensivdir", - deyə Məmmədyarov qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məmmədyarov   XİN   Qarabağ  


Bizi "telegram"da izləyin