Ermənistanda hərbi hissə komandiri əsgərə qarşı zorakılıq etdi

2017/11/dusmen345345_1511441261567_1512023821.jpg
Oxunub: 429     14:35     30 Noyabr 2017    
Ermənistan ordusunun hərbi hissə komandirinin müavini müddətli xidmət hərbi qulluqçusuna qarşı zorakılıq hərəkətlərində ittiham edilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cinayət işinə Berd rayon məhkəməsində baxılacaq.

Hərbi hissə komandirinin müavini M. Oskanyan 2016-cı il 16 dekabr tarixində saat 17:00 radələrində hərbi xidmətlə bağlı vəzifə borclarını yerinə yetirərkən, müddətli xidmət hərbi qulluqçusu erməni əsgəri M. Ter-Minasyana qarşı zorakılıq hərəkətləri edib. O, Ter-Minasyanın boyun, sol bel nahiyyəsinə yumruq zərbələri endirərək, fiziki ağrılara, daxili qanaxmasına, spinal dərialtı hematoma yırtığının baş verməsinə səbəb olub. Hərbi qulluqçu əməliyyat edilib.

Hərbi hissə komandirinin müavini M. Oskanyan barədə ölkəni tərk etməməyə dair iltizam alınıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Dedovşina   Zorakılıq  


Bizi "telegram"da izləyin