Miroslav Qay: “Ukraynaya Azərbaycanın qaçqınlarla bağlı təcrübəsi lazım ola bilər”

2017/11/maxresdefault_1511950018_4535897160.jpg
Oxunub: 430     22:26     29 Noyabr 2017    
Ordu.az Ukrayna ordusunun ehtiyatda olan zabiti Miroslav Qayla müsahibəni təqdim edir.

- Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bu günlərdə xəbər verdi ki, Ukrayna “Olxa” raketlərinin tam istehsalına başlayır. Zəhmət olmasa sözügedən silah haqqında danışın. Ukrayna ordusu onları nə zaman əldə edə biləcək?

- Ukrayna hər zaman raket istehsalı sahəsində məşhur olub. Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin istehsalı barədə məlumat verdiyi “Olxa” raketi hazırda Ukrayna ordusuna zəruri olan silahdır. Bu, rəqibin hədəflərini yetərincə uzaq məsafədə məhv etməyə imkan verən yüksək dəqiqlikli silahdır. Daha dəqiq desək, hərbi sursatlarla idarə olunan yaylım atəşli kompleksdir, bu isə “Olxa”nı çox dəqiq edir. Əminəm ki, bizim ordumuz yaxın zamanlarda bu raketləri əldə edəcək.


- Ukrayna hərbi sənaye kompleksinin hansı istehsal nümunələri son illərdə döyüş sınaqlarından keçib və xaricə ixrac oluna bilər?

- Belə növ nümunələr yetərincə çoxdur. Bundan əmun olmaq üçün, oktyabrda Kiyevdə dünyanın 13 ölkəsindən 300-dən çox şirtkətin iştirakçılığı ilə təşkil edilən “Silah və təhlükəsizlik-2017” beynəlxalq sərgisinə baş çəkmək kifayət edərdi. Ukrayna uğurla BTR-lər, tanklar, həmçinin artıq döyüşdə sınaqdan keçirilən minaatanlar istehsal edir. Ukrayna mühəndislərinin pilotsuz uçuş aparatları, hərbi texnikanın idarə edilməsi üçün modulların yaradılması planında çoxlu ixtiraları var. Əminəm ki, sadalananlardan bir çoxu ölkə büdcəsinə lazım olan maliyyə gətirməklə xaricə ixrac oluna bilər.

- Öncəki sualı əbəs yerə vermədim. Axı Viktor Yanukoviçin prezidentliyi dönəmində ölkənin yetərincə yaxşı qiymətlərlə silah ixrac etdiyi situasiyası möcud idi, lakin Ukrayna ordusunun özü yaxşı silahlanmırdı. İndi vəziyyət dəyişib?

- Təbii ki. İndi bütün növ qoşunlar Ulrayna hərbi sənaye kompleksinin istehsalı olan ən qabaqcıl, müasir və keyfiyyətli silahlarla təchiz edilirlər. Bunu Ukrayna Silahlı Qüvvəərinin zabiti kimi bütün məsuliyyətilə deyirəm. Bununla belə qeyd etmək istərdim ki, bəzən köhnə sovet tanklarını bərpa etmək iqtisadi baxımdan yenilərini istehsal etməkdən daha əlverişlidir. Təxmini hesablamalarıma görə, mükəmməl yeni tankın istehsalı köhnə tankın bərpasından 4 dəfə baha başa gəlir. Həmçinin bərpa prosesi yalnız maliyyə baxımından deyil, həm də ordunun yeni tankla təmin olduğu zaman kəsimi baxımından daha sərfəlidir. Lakin ümumilikdə Ukrayna ordusunun zəruri olan hər şeylə təmin olunması prosesi uğurla davam edir.


- Ukrayna ordusunun hazırkı döyüş hazırlığını necə qiymətləndirirsiniz?

- Artıq çoxdan sübut olunub ki, ordu üçün döyüş hazırlılığının yoxlanılmasında döyüş fəaliyyətindən daha yaxşı üsul yoxdur. Və əgər bu mənada fikir bildirsək, Ukrayna ordusunun döyüş hazırlığı xeyli güclənib. O geyindirilib-keçindirilib, müasir silahlarla təchiz edilib. Bizim böyük operativ ehtiyat qüvvələrimiz yaradılıb və onları ən qısa zamanda mobilləşdirmək olar. Üstəlik, mən Ukrayna hərbi xidmətçisinin maaşının artacağını gözləyirəm, bu da cəmiyyət arasında ordunun prestijini yüksəldəcək.

- ABŞ tərəfindən Ukraynaya öldürücü silahın verilməsi barədə çoxlu danışıqlar aparılır. Söz və vədlərdən işə keçməyə nə mane olur və Ukrayna bu silahın istehsalını özü təşkil edə biləcəkmi?

- Əvvəlcə qeyd etmək istərdim ki, Ukrayna artıq uzun müddətdir ki, dünyanın müxtəlif ölkələri, o cümlədən NATO-nun üzv dövlətlərindən öldürücü avadanlıq almır. Ukraynanın özü öldürücü istehsal edir. Məsələ yalnız istehsal olunanların kəmiyyətdədir. Hələ ki ölkəmizdə istehsal olunan öldürücü silahın sayı Ukrayna ordusunun tələbatını qarşılamaq üçün yetərli deyil. Bu istiqamətdə işlər yetərincə uğurlu şəkildə aparılır.

Lakin daha geniş düşünsək, adətən almaq istehsal etməkdən daha sərfəlidir. Dünya qlobladır, o cümlədən silah və hərbi texnika dünyası da. Hazırda çətin anda sənə kömək edə biləcək maksimal sayda yaxşı, etibarlı müttəfiqlərə sahib olmaq vacibdir. Və bu məsələdə mən əminliklə bəyan edə bilərəm ki, bizim ölkənin xeyli sayda güclü, etibarlı müttəfiqləri var.


- Bu məsələdə Azərbaycanla Ukraynan arasında əməkdaşlıq potensialını necə qiymətləndirirsiniz?

- Mənə məlum olduğu qədərilə Azərbaycan öz ordusunun döyüş hazırlığının yüksəldilməs, onun ən müasir silah növləri ilə təchiz edilməsi üzərində ciddi və uğurlu şəkildə çalışır. Və bununla əlaqədar olaraq təbii ki, silahlı qüvvələrimizin modernləşdirilməsi və quruculuğu üzrə təcrübə ilə bölüşmək faydalı olardı. Həmçinin Ukrayna və Azərbaycan GUAM üzvləri, eyni zamanda ərazisi digər dövlətlər tərəfindən işğal edilən ölkələrdir. Təbii olaraq, ərazi bütövlüyünün təmin olunması üzrə vəzifələrin eyniliyi də ölkələrimiz arasında əlaqəni lazım və mühüm edir.

Azərbaycana artıq Ukraynanın istehsal etdiyi və döyüş şəraitində uğurla sınaqdan keçirdiyi silah nümunələri maraqlı ola bilər. Bizə isə Azərbaycanın qaçqın və məcburi köçkün probleminin həlli təcrübəsi lazım ola bilər. Bir sözlə, ölkələrimiz arasında sərfəli əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə səbəb ola biləcək yetərincə böyük mövzu var.

Əkbər Həsənov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin