"Erebuni" aviabazasının rus pilotları helikopterlərlə uçuş həyata keçirirlər

2017/11/Russian_Air_Force_Mil_Mi-24P_Dvurekov-4-e146809410137534534_1511961917.jpg
Oxunub: 357     21:24     29 Noyabr 2017    
İrəvanın "Erebuni" havalimanında dislokasiya olunan RF SQ-nin aviabazasının pilotları yüksək dağlıq ərazidə Mİ-24 və Mİ-8 helikopterləri ilə uçuş həyata keçirirlər.

Ordu.az xəbər verir ki, bu barədə noyabrın 27-də Rusiya müdafiə nazirliyinin yaydığı məlumatda bildirilib.

Təlimlərdən əvvəl pilotlar yay təlim mərkəzində təlimatçıların köməyi ilə yüksək dağlıq ərazidə və müxtəlif hava şəraitində uçuşlara hazırlaşıblar.

Xüsusi kursları başa vurduqdan sonra pilotlar dağlıq ərazidə uçuşlar həyata keçirməyə icazə alıblar. Təlim məşqlərin əvvəlində pilotlar aydın pilotaj bacarıqlar, həmçinin əvvəlcədən müəyyən edilmiş marşrut üzrə uçuşlar nümayiş etdirməlidirlər.

Eyni zamanda döyüş hazırlığı planına uyğun olaraq, xüsusi tapşırıqlar inkişaf ediriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin