102-ci bazanın hərbi qulluqçuları “ekstremal” təlim kurslarını başa vurublar

2017/11/234234_1511960923.jpg
Oxunub: 512     21:07     29 Noyabr 2017    
Ermənistanda yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın hərbi qulluqçuları Kamxud və Alagöz yüksək dağ təlimi mərkəzlərində 1 aylıq intensiv hazırlıq kursları keçiblər.

Ordu.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Nəzəri çalışmalarda hərbi qulluqçular nizamlayıcı yeni sənədlərlə, tələb olunan normalar və bazanın silahlanmasına yeni daxil olan hərbi texnikaların taktiki texniki xüsusiyyətləri ilə tanış olublar.

Praktiki təlimlərində isə "ekstremal" şəraitdə fəaliyyət və döyüş aparmaq üsullarına dair 150-dək normativlər üzrə imtahan veriblər. Hazırlıq kurslarında bazanın 200-dək hərbi qulluqçusu, o cümlədən qadın hərbi qulluqçuların 30%-i iştirak edib. Praktiki təlimlərin yarısından çoxu komandirlərin və döyüş hazırlığı mütəxəssislərin rəhbərliyi altında gecə şəraitində keçirilib.

Təlimin sonunda hərbi qulluqçular tam təchizatla 20km marş keçiblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Təlimlər  


Bizi "telegram"da izləyin