Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Ermənistanda qüvvədə olan "Dövlət borcu haqqında" qanuna görə, ümumdaxili məhsuldan 60%-dək borc ola bilərdi. Bu həddə çatmaq üçün cəmi 1%, yəni 100-120 dollar qalıb.
Rusiyadan silah alınması üçün götürülən 100 milyon dollar və beynəlxalq maliyyə idarələrindən gözlənilən vəsaitlər 2018-ci ildə Ermənistanın dövlət borcunu yüksək templə, ümumdaxili məhsulu 70%-dək artacaq.
Xatırladaq ki, 2003-cü il Ermənistanın dövlət borcu 1.1 milyard dollardan da aşağı olub. 2008-ci ildə xarici borc 1.5 milyard dollar təşkil edib. 2009-cu ildə borc maliyyə böhranı zamanı iki dəfə artaraq 3 milyard dollar olub. Hazırda Ermənistanın dövlət borcu 6.4 milyard dollar təşkil edir.
Yəni faktiki olaraq, hər bir erməninin 2150 dollar borcu var. 2018-ci ildə isə bu rəqəm ölkəni tərk edənlərin çoxluğu səbəbindən artaraq, adambaşına borc 2200 dollar olacaq.
Alpər Mövludoğlu
Ordu.az