Çin "Sibir pələngləri"ni Suriyaya göndərir

2017/11/1470747059_0135345_1511785195.jpg
Oxunub: 469     20:17     27 Noyabr 2017    
Ötən həftə ərzində Suriya məsələsinin və terrorizmlə mübarizə probleminin müzakirə olunduğu bir neçə beynəlxalq görüş baş tutub.

Ordu.az Free-news.su saytına istinadən xəbər verir ki, bu hadisələrin fonunda Çin və Suriya nümayəndələri arasında danışıqlar baş tutub.

Dəməşq kimi Pekin də terror təhlükəsinin məhv edilməsində maraqlıdır. İŞİD son illər ərzində 200-dən çox terror hadisəsi törədib və regionun stabilliyi üçün ciddi təhlükədir.

Suriya prezidenti Bəşər Əsədin siyasi və məlumat məsələləri üzrə müşaviri Buseyn Şaaban ötən həftənin cümə günü Çinin xarici işlər naziri Van İ ilə görüşüb. Tərəflər Yaxın Şərqdə beynəlxalq vəziyyəti müzakirə ediblər. Çin xarici işlər naziri Suriya rəhbərliyinin terrorçulara qarşı mübarizəni gücləndirdiklərini xüsusilə vurğulayıb.

Buseyn Şaaban isə Çinin xüsusi təyinatlıları barədə məsələni müzakirə üçün təklif edib. Bu müzakirələrdə Dəməşqin şərq hissəsində Suriya ordusu tərəfindən aşkarlanan terrorçularının Çin xüsusi təyinatlıları tərəfindən məhv edilməsində iştirakı barədə danışılıb.

İlkin məlumatlara görə, terrorçularının məhv edilməsi üçün Çin Müdafiə Nazirliyi “Sibir pələngləri” xüsusi dəstəsini və Sintszyanda yerləşən “Gecə pələngləri” bölməsini göndərməyi planlaşdırır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Suriya   Çin  


Bizi "telegram"da izləyin