ABŞ-da nüvə zərbəsi barədə xəbərdarlıq sirenası yoxlanacaq

2017/11/1508631218345_1511773790.jpg
Oxunub: 438     17:43     27 Noyabr 2017    
Havay adalarında soyuq müharibə dövründən sonra ilk dəfə nüvə zərbəsi barədə xəbərdarlıq sirenası yoxlanılacaq.

Ordu.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. Yerli hökuməti belə qərar qəbul etməyə Pxenyanla Vaşinqton arasında əlaqələrin gərginləşməsi sövq edib.

Havay ştatı Fövqəladə Hallar agentliyinin rəhbəri Vernı Miyaginin sözlərinə görə, KXDR tərəfindən nüvə zərbəsinin endirilməsi inandırıcı deyil, lakin əgər bu baş versə, böyük ehtimalla Havay adaları əsas hədəflərdən biri olacaq.

“Biz Şimali Koreyaya ABŞ-ın kontinental ərazilərinin əksər hissəsindən daha yaxınıq. Təhlükəni təxmin etmək çətin deyil. Xəbərləri izləyirik və görürük ki, KXDR-də nüvə sınaqları həyata keçirilir”, - deyə Miyagi bildirib.

Qeyd edək ki, xəbərdarlıq siqnalının verilməsinə dair sınaqlar dekabrın 1-də başlanacaq. Sirenanın hər ay yoxlanılması gözlənilir. Həmçinin bu siqnalın sunami və fırtınaların gəlməsi barədə xəbərdarlıq etmək üçün də istifadə olunması planlaşdırılır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   Nüvə  


Bizi "telegram"da izləyin