Ordu.az RT televiziyasına istinadən xəbər verir ki, bu barədə “Financial Times” nəşrinə müsahibəsində Avropa İttifaqının baş katibi Tyorborn Yanqland bildirib.
“Bu, Avropa üçün neqativ hadisə olacaq, belə ki, biz Rusiyasız Avropa əldə edəcəyik. Bu, Avropa üçün geriyə doğru çox böyük addım olardı”, - deyə Yanqland qeyd edib.
Bununla yanaşı, baş katib Avropa İttifaqının nəzəri olaraq Moskvadan sanksiyaları götürərək Krıma dair prinsipial mövqeyini dəyişməyə və yarımadanın Rusiyaya birləşməsinə dair nəticələri qəbul etməyə hazırlaşmadığını bəyan edib.
Ağalar Qəribov
Ordu.az