Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov bəyan edib.
“Yaxın günlərdə bu təşkilatın həmsədrliyi Qazaxıstana keçəcək. Hesab edirik ki, həmsdərdlik müddətində KTMT-nin inkişafı, ənənəvi və yeni çağırış və təhlükələri qarşı mübarizə aparmaq imkanının möhkəmləndirilməsi üçün səy göstəriləcək”, - deyə Neverov Astanada keçirilən beynəlxalq parlament konfransı zamanı vurğulayıb.
O qeyd edib ki, Rusiya-Qazaxıstan münasibətləri strateji əməkdaşlıq və müttəfiqlik yolu ilə dostluq və qarşılıqlı hörmət əsasında dinamik şəkildə inkişafını davam etdirir.
“Biz Qazaxıstan və Rusiya Federasiyasının modenrləşdirilməsi çərçivəsində əməkdaşlığımıa böyük əhəmiyyət veririk. Təbii ki, bu, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin modernləşdirmə modelinin Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülən siyasi xətlə bir çox məsələlərdə oxşar olması ilə əlaqədardır”, - deyə Neverov qeyd edib.
Ağalar Qəribov
Ordu.az