Suriyada terrorizmlə mübarizə davam edir – SON DƏQİQƏ (FOTOLAR)

2017/11/wqeqwe_1511765519.jpeg
Oxunub: 1036     14:52     27 Noyabr 2017    
Dəməşqdə bir neçə silahlı birləşmə Suriya Quru Qoşunlarına qarşı birləşib, İŞİD Həma vilayətində “Həyat Təhrir əş-Şam”la döyüşü davam etdirir.

Ordu.az son 24 saat ərzində Suriyada terrorizmlə mübarizə sahəsində baş verən hadisələrin qısa icmalını təqdim edir.

Suriya ordusu və müttəfiq qüvvələr: Dəməşqdə terrorçuların silahlı hücumunu dəf ediblər.

İŞİD: “Həyat Təhrir əş-Şam” terror qruplaşmasını Həma vilayətində yerləşən Əş-Şihə yaşayış məntəqəsindən çıxarıblar.

“Həyat Təhrir Əş-Şam”: Hələbin qərbində Suriya ordusunu atəşə tutub.

Dəməşq vilayəti: “Telegram” nəşrinin məlumatına görə, “Həyat Təhrir əş-Şam” terror qruplaşmasının üzvləri Dəməşqin Cobar qəsəbəsində hökumət qüvvələrini minaatanlarla atəşə tutublar. Mənbə bildirir ki, Suriya ordusu reaktiv yaylım atəş sistemlərindən istifadə etməklə terrorçuların hücumunun qarşısını alıb.

Qeyd edilir ki, “Həyat Təhrir əş-Şam” terror quplaşmasının sahə komandirləri və “Fəylək ər-Rəhman”, həmçinin “Əhrər əş-Şam” silahlı birləşmələri ilə əyalətdə birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər.

Bildirilir ki, yaxın zamanlarda Cobar, Ayn-Terma və Duma şəhərlərində olan terrorçular yeraltı əlaqə vasitələrindən istifadə etməklə Suriya ordusunu mühasirəyə almaq barədə planı realizə etməyə çalışacaqlar.


Hələb vilayəti: “Twitter” sosial şəbəkəsində @aejkhalil2 adlı istifadəçi tərəfindən yayılan məlumata görə, Rəşidin rayonunda “Həyat Təhrir əş-Şam” qruplaşmasının terrorçuları rayonun qərb hissəsində hökumət qüvvələrini atəşə tutublar. Bildirilir ki, Suriya ordusunda itki olmayıb və terrorçulara minaatanlarla cavab verilib.


Deyr əz-Zor vilayəti: Harəc yaşayış məntəqəsi ərazisində İŞİD hökumət qüvvələrinə qarşı öz müdafiə sistemini möhkəmləndirir.

Həmçinin “Twitter” sosial şəbəkəsində @Alkhabar_Agency adlı istifadəçi tərəfindən yayılan məlumata görə, terrorçular həmin bölgəyə PUA-lar da daşıyıblar.

Qeyd olunur ki, ABŞ-ın dəstəyi ilə fəaliyyət göstərən PYD isə Hədcin yaşayış məntəqəsində öz sıralarına İŞİD terrorçularının qəbulunu davam etdirir. Bu məlumata əsasən, PYD qüvvələrinin bir hissəsi İraq ərazisindən İordaniyaya keçərək Suriyanın qərb əyalətlərindən hökumət qüvvələrinə qarşı mübarizəyə qoşulmağı planlaşdırırlar.

Xatırladaq ki, hazırda PYD terrorçuları Əbu-Kamal şəhəri ilə sərhəddə yerləşən İraq ərazilərinə keçmək üzrədirlər.


Həma vilayəti: “Teleqram” agentliyinin məlumatına görə, “Həyat Təhrir əş-Şam” Rəhacan şəhərinə yaylım atəşli raket sistemləri üçün döyüş sursatları və minaatanlar gətirib. Mənbə Şuheytər və əl-Müstariha yaşayış məntəqələrində Suriya ordusununu atəşə tutulacağını istisna etmir.

Həmçinin “Twitter” sosial şəbəkəsində @SyrianLioness adlı istifadəçi tərəfindən qeyd olunur ki, terrorçular PUA-lardan istifadə edərək ərazidə kəşfiyyat işləri aparırlar.

İŞİD “Həyat Təhrir əş-Şam” terrorçularını daha bir yaşayış məntəqəsindən - əş-Şihədən kənarlaşdırıb.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   Terror   İŞİD  


Bizi "telegram"da izləyin