Argentina HDQ: “Antonov”un köməkliyi ilə 6 min metrədək axtarışlar həyata keçirmək olar

2017/11/1509066865456345_1511601074.jpg
Oxunub: 1460     17:32     25 Noyabr 2017    
Rusiya və ABŞ avadanlıqları itkin düşən Argentina sualtı gəmisi “San-Xuan”ın axtarışlarını 6 min metr dərinlikdə aparmağa imkan verir.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Argentina Hərbi Dəniz Qüvvələrinin (HDQ) rəsmi nümayəndəsi Enrike Balbi bildirib.

Balbi qeyd edib ki, avadanlıqlar 6 min metr dərinliyədək axtarış aparmağa imkan versə də, xilasetmə əməkiyyatları ilə yalnız 600 metr dərinliyədək məşğul olmaq mümkündür.

“Bu gecə əməliyyata Rusiyanın “Antonov” gəmisi qoşuldu və onun köməkliyi ilə 6 min metrədək axtarışlar həyata keçirmək olar, lakin bu dərinlikdə xilasetmə işləri aparmaq mümkün deyil”, - deyə Balbi vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Antonov   San-Xuan  


Bizi "telegram"da izləyin