Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə cümə günü edilən açıqlamada iki ABŞ rəsmisi deyib.
Qeyd edək ki, Pentaqon daha öncə Suriyanın şimalında İŞİD-ə qarşı vuruşan PYD və ərəb döyüşçülərinə dəstək məqsədilə 500 əsgərin olduğunu açıqlamışdı.
ABŞ rəsmilərinin bildirdiyinə görə, bazar ertəsi Pentaqon Suriyada 2000-dən artıq əsgərinin olması barədə məlumat yaya bilər. Bu əsgərlərin sayının artırılması yox, sadəcə daha dəqiq rəqəmin əldə olunmasıdır.
Ordu üçün bir hesablama sistemi olan “qüvvələrin idarəolunma səviyyəsi” göstərirdi ki, İraqda 5262, Suriyada isə 503 əsgərin olduğunu göstərsə də, rəsmilər daha əvvəl də həqiqi rəqəmin daha çox olduğunu bildirib.
Obama İŞİD-ə qarşı vuruşmaq üçün İraq və Suriyada ABŞ əsgərlərinin sayının artırılmasına icazə verib.
Onların əsas hissəsi İŞİD-ə qarşı artilleriya dəstəyi verməklə yanaşı, yerli qüvvələrin təlim-məşqi ilə məşğul olurlar.
Açıqlama verən rəsmilərdən birinin dediyinə görə yerli əhalinin münasibəti və İraqdakı ABŞ ordusuna qarşı olan siyasi həssaslıq səbəbindən bu ölkədəki ABŞ ordusunun dəqiq sayının açıqlanması gözlənilmir.
Avqust ayında Pentaqon Əfqanıstanda 11000 əsgər xidmət göstərdiyini elan edib. Bu rəqəm daha əvvəl açıqlanan sayda bir neçə min daha çoxdur.
ABŞ müdafi naziri Cim Mattis də münaqişə zonalarındakı ABŞ qoşunlarının sayılması metodundan xəyal qırıqlığına uğradığını bildirmişdi.
Ağalar Ağalarlı
Ordu.az