Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “China Daily” agentliyi məlumat yayıb.
Bildirilir ki, cümə axşamı keçirilən təlimlərdə bazada yerləşən bir neçə tank əleyhinə özüyeriyən qurğu və BMP-lərdən də istifadə olunub. Təlimin əsas məqsədi ordunun döyüş hazırlığının yoxlanılması, həmçinin yerli şərtlərə uyğunlaşma olub.
Hərbi manevrlər Cibuti prezidenti İsmayıl Ömər Gellenin Çinə səfəri ərəfəsində keçirilib. Cümə axşamı daha öncə Çin nümayəndələri ilə Cibuti hökumətinə güzəştli kreditlərin verilməsi barədə razılıq imzalanıb.
Xatırladaq ki, Çin Cibutidə logistik mərkəz adlandırdığı hərbi bazanın tikintisinə 2016-cı ilin fevralında başlayıb. Çin Xalq Azadlıq Ordusunun hərbi dəniz logistik mərkəzinin təntənəli açılış mərasimi isə cari il avqustun 1-də baş tutub.
Ağalar Qəribov
Ordu.az